Axtarış


Freedom to Ramil Safarov !!!

Ana Səhifə
Ramil haqqında
Şəkillər
Erməni həqiqətləri
Konfliktin tarixi
Erməni vəhşilikləri
Qonaq kitabı
Qarabağ Müharibəsi
Xocalı soyqırımı
Humanitar fəlakət
26 Bakı Komissarı
=> Komissarlar
ASALA
Məhəmməd Ənim Rəsulzadə
© 2007





 
Azeri genocide in 1918 
Karabakh.org


free counters

                        26 Bakı komissarı 


 Bakı kommunasının inqilabçı xadimləri olmuşlar. Onların çoxu 20 sentyabr 1920-ci ildə indiki Türkmənistanın ərazisində Ağçaqum və Peraval stansiyaları arasında güllələnmişlər.

Tərkibində bolşeviklər və solçular olan "Xalq komissarları soveti-XKS" 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Kavkaz fövqəladə işləri üzrə icraı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi. XKS 1918-ci ildə şəhərin rus və erməni mənşəli əhalsinin köməyi ilə Kavkaz odrusu yaradaraq Bakı şəhərinin müdafisəini təşkil etməyə cəh edirdilər. O vaxt azərbaycanlılar şəhərdə ən böyük etnik qrup sayılsa da rus və ermənilər bilikdə sayca onlardan çox idi. XKS-in məqsədi Bakı şəhərinə tərəf irəliləyən azərbycan və türk ordusundan mudafiə etmək və şəhərdə öz hakimiyyətlərini əldə saxlamaqdan ibarət idi. Ancaq əsasən erməni və ruslardan ibarət olan Xalq komissarları türk-azərbaycan ordusu qarşısında məğlubiyyətə uğrayaraq şəhərədn qaçırlar. Şəhər menşeviklərdən ibarət "Mərkəzi kaspiya diktaturası" və müvəqqəti icra komitəsinin əlində qalır. "Mərkəzi kaspiya diktaturası" qaçan komissarların ardənca qoşun göndərir, onlardan 30 nəfəri həbs edilərək Bakıya gətirilir. Onalara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatların düzgün aparılmamamsı kimi idialar sürülərək, onlar hərbi məhkəməyə verilir. Ancaq şəhərə türk-azərbaycan ordusu daxil olduqdan sonra menşeviklər komissarları azad buraxırlar. Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakini Türkmənistan istiqamətində tərk edirlər. Yanacağın azlığı ucbatından buxar gəmisi Həştərxan yox, Krasnovodska yan almalı olur. Orada Bakı komissarları yerli hökümət tərəfindən həbs olunaraq Bakını verdikıri üçün Zakaspiya dəmir yolunun kənarında güllələnirlər.

İndiyə qədərəki məlumatlara əsasən bu kommisarlardan yeganə sağ qalanı Anastas Mikoyan olmuşdur. Onun xilas olmasının səbəbləri bu günə kimi də qaranlıqdır.

1920-ci ildə Bakı kommisarları təntənəli şəkildə Bakıda dəfn olunurlar. Güllələnənlər arasında komissar olmayanlarda komissar kimi 26-lara daxil edilir.

Ancaq bu komissarlara qarşı münasibət hətta keçmiş bolşeviklər arasında münasibət bir mənalı olmamışdır. Şepilovanın xatirələrinə əsasən Stalin komissarların fəaliyyətini belə qiymətləndirmişdir:

"Bakı komissarları heç bir müsbət rəyə layiq deyillər. Onları afişa etmək lazım deyil. Onlar hakimiyyəti atmış, onu düşmənə döyüş təhvil vermişlər. Onlar buxar gəmisinə oturaraq getmişlər. Biz onlarıd xatirələrini yad edirik. Anacq onlar kəskin tənqidə layiqdirlər. Onlar özlərini pis isyasətçi kimi göstərmişlər. Traix yazılan zaman isə həqiqəti demək lazımdır.Bir iş onların xatirəsini yad etməkdir. Bunu biz ediri. Digər iş isə bu fakta tarixi qiymət verməkdir.


Cəmi 15134 ziyaretçi qeydə alındı !
Archives


www.1001oyun.tk


www.bestfutbol.tk




Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol