Erməni terrorçusu Soqomon Teyleryan tərəfindən 1921-ildə Berlində Türkiyənin dovlət xadimi Tələt paşanın qətlə yetirilməsinin nəticəsi
Erməni terrorçusu Soqomon Teyleryan tərəfindən 1921-ci ildə Berlində Türkiyənin dövlət xadimi Tələt paşanın qətlə yetirilməsinin 85 illiyi münasibətilə İrəvanda təntənəli tədbirlər, aksiyalar keçirilib. Ermənilərin bu tədbirləri parlament partiyası olan «Daşnaksutyunun» rəhbərliyi altında reallaşdırılıb. Bu partiyanın nümayəndəsi, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Rustamyanın sözlərinə görə «erməni xalqı öz tarixində ən gözəl və ədalətli qisas faktını qeyd etmişdir». 4 il əvvəl İrəvanda S.Teyleryana abidə qoyulmuşdu.
S.Teyleryanla R.Səfərovu müqayisə etmək çətindir, çünki S.Teyleryan teror təşkilatının üzvü olub, R.Səfərov isə NATO sistemində yüksək qiymətləndirilən zabitdir, bundan başqa S.Teyleryanın törətdiyi hadisə əvvəlcədən planlaşdırılmış olduğu halda R.Səfərov hadisə törədərkən affekt vəziyyətində olmuşdur, həm də S.Teyleryan Tələt Paşanı məhz türk olduğu üçün, R.Səfərov isə Q. Markaryanı məhz onun bayrağını və özünü təhqir etdiyi üçün qətlə yetirib.
Nəticələr isə çox maraqlıdır. S.Teyleryan bir neçə günlük məhkəmədən sonra bəraət alır, R.Səfərov isə ömürlük həbs cəzasına məhkum edilir. Bundan başqa S.Teyleryan və onun kimi digər 100-lərlə erməniyə «milli qəhrəman» adı verilir, abidələri qoyulur, hər il onların şərəfinə təntənəli tədbirlər keçirilir. Amma Ramilin yaxınlarının, həmyerlilərinin ona olan sevgisini, dəstəyini ermənilər «ağır cinayət» kimi təqdim edirlər. Bütün bunlara baxanda bir hadisəni xatırladım. İrəvanda «Milli vətəndaş təşəbbüsü» qurumu ictimai dinləmələr təşkil edib. Dinləmələr zamanı insan haqları üzrə müvəkkil Larisa Alaverdiyan çıxış etdi və bir maraqlı fakt üzərində dayandı. Onun dediklərinə görə, erməni parlamentində o, vaxtilə məruzə ilə çıxış edirmiş. Ondan soruşublar ki, ombudsmanın ən güclü silahı nədir. L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq cavab verib ki: «abır həyanın ortaya qoyulması». Bu vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir replika ilə çıxış edib: «Bizdə olmayan şeyi nə cür ortaya qoyacaqsınız?»
|