Ermənistan – terrorçu “Xristian” ölkənin gizlinləri
“İyirminci əsr başlayandan bəri ermənilər Birləşmiş ştatlar və dünya xristianlarından milyardlarla dollar pul qoparmaq üçün saysız-hesabsız kompaniyalar aparmışlar. Birləşmiş ştatlarda türklərin azsaylı olması burada amerikan-erməni lobbiçilərinin əl-qolunu açmışdı. Heç kəs araşdırmamışdı ki, Ermənistan həqiqətən də iddia etdiyi kimi xristian ölkəsidir ya yox. Bu kitab ermənilərin guya müstəqil və azad ölkə qurması haqqındakı iddialarını alt-üst edir. Kitabda həm də özlərini xristian hesab edən ermənilərin əsl mahiyyəti açıqlanır.” - bu fikirlər Samyuel A.Uimzin erməni həqiqətləri barədə yazdığı “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitabının ideyasına uyğundur.
Samyuel A.Uimz Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünas vəkil və hakimi olmuşdur. O, Arkanzas universitetinin qanunçuluq fakultəsində hüquq elmləri doktoru, alimlik dərəcəsi almışdır. Şəhər şurasında fəaliyyət göstərməklə yanaşı S.Uimz Arkanzas ştatının konstitusiyasını yenidən işləyən yüz nəfərlik müəlliflər heyətinə seçilmişdir. Çoxsaylı məqalələr müəllifi və gündəlik qəzetin köşə yazarı olmuş S.Uimz həm də əsl səyyahdır.Təkcə bu kitab üzərində işləyərkən materiallar toplamaq üçün o, London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində tədqiqat işləri aparıb. Müəllif “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” kitabını ermənilərin böyük fırıldağı seriyasının birinci cildi kimi nəzərdə tutaraq 2003-cü ilin aprelində ABŞ-da çap etdirmiş, lakin kitabın işıq üzü görməsindən az sonra müəmmalı şəkildə qəflətən vəfat etmişdir.
Saytımızın bu müəllif və onun kitabı barədə araşdırmaları davam edəcək. İzləyin...
Mənbə: “Ulu Zəngəzur” qəzeti.
|