Axtarış


Freedom to Ramil Safarov !!!

Ana Səhifə
Ramil haqqında
Şəkillər
Erməni həqiqətləri
=> 1
=> 2
=> 3
=> 4
=> 5
=> 6
Konfliktin tarixi
Erməni vəhşilikləri
Qonaq kitabı
Qarabağ Müharibəsi
Xocalı soyqırımı
Humanitar fəlakət
26 Bakı Komissarı
ASALA
Məhəmməd Ənim Rəsulzadə
© 2007





 
Azeri genocide in 1918 
Karabakh.org


free counters

Terror yoxsa müqavimət?!

  “Hər kəs buna terror deyir mən isə bunu müqavimət adlandırıram.”- bunları Patrik Devecyan türk diplomatlarını qətlə yetirənlər barədə danışarkən deyib. O, Fransanın Antoni şəhərinin keçmiş meri olub. Bu gün o, Fransa parlamentinin deputatıdır. P.Devecyan Fransada türk diplomatlarını qətlə yetirən bir çox erməninin əsas vəkili olub. P.Devecyan onları terrorist deyil sadəcə “fəal” adlandırır. Və əlavə edir: “Mən inanıram ki bütün dünyada əksər ermənilər bu iş üçün çalışır.” Onun üçün heç bir əhəmiyyət daşımır ki, bu insanlar “ASALA”ın üzvüdür yoxsa ədalət uğrunda döyüşənlər. O, etiraf edir ki, bir çox erməni siyasi partiyaları bu işdə böyük rol oynayıblar və gələcək savaşda da rol oynamalıdırlar. “Onlar sıfırdan başladılar və indi böyük inkişafa çatıblar. Nə olur olsun mən o gəncləri müdafiə edirəm çünki onlar erməni quruculardır”,-deyə o rahatlıqla davam edir.”Və bu bizim siyasi baxışlarımızdakı razılıqlardan daha önəmlidi. Mən vəkiləm, hakim deyiləm. Vəkilə heç də müdafiə etdiyi hər bir şeyə inanmaq lazım deyil. Bu onun işi deyil. Mən onları müdafiə edirəm çünki onlar mənə və bütün erməni xalqına milli ləyaqət hissini qaytarıblar. Mən bu gənclərin üsyanını cox gözəl başa düşürəm”,-o fəxrlə qeyd edib.

P.S. Maraqlıdır, həm də çox! Böyük bir terror təşkilatının üzvləri olan, əvvəldən düşünülmüş, planlaşdırılmış aksiyalar törədən, qurbanlarını məhz türk olduqları üçün qətlə yetirən, tərcümeyi-halında «bir neçə dəfə həbs edilmiş» sözləri olan insanların hərəkətləri «terror» deyil, sadəcə «müqavimət» adlandırılır və bu adla ya bəraət alır, ya da aldığı ən yüksək cəza müddəti 15 il rolur ki, ən yaxşı halda bu cəzanın 4 ya 5 ilini çəkir. Bu cür adla bəraət almış onlarla erməni terrorçusunun vəkili Patrik Devedeyan isə bu gün Fransada «kim desə ki, erməni soyqırımı olmayıb həbs edilsin!» savaşını açıb. Onun tərəfdaşları, sələfləri, həmyerliləri isə bir azərbaycanlı zabitini az qalsın ki, «dünya üçün təhlükəli terrorçü» damğası ilə ləkələyərək ona ən ağır cəzasının verilməsinə çalışsınlar və təəssüf ki, bu gün buna nail olublar. Onlar Ramili «Macarıstanda terrorun kökünü qoyan, toxumunu səpən şəxs» kimi təqdim edərək. Macar məhkəməsindən ona ən ağır cəzanın verilməsini tələb edirlər ki, guya burada təhsil alan və yaşayan digər xaricilərə nümunə olsun. Halbuki, hələ 70-80 -cı illərdə illərdə Macarıstanda - Budapeştbə rus yəhudilərinə darşı terror aksiyasının ASALA tərəfindən planlaşıdırıldığı və bu planın əslində «Daşnakstyun» partiyasının mərkəzi komitəsində hazırlandığı üzə çıxarılmışdı. Yəni Macarıstanda terror toxumu səpən hələ 20-30 il əvvəl məhz ermənilər olmuşdur. Ancaq saytınızda gedən materiallarda Ramilin kimliyini anlatmağa çalışdıq. Qısası, uşaq yaşlarında gözü önündə yüzlərlə dəhşətlər baş verən, ev-eşiyini itirən, onlarla qohumu əsir, itkin və ya şəhid olan birinin qarşısındakının təhqirlərinə tab gətirməyərək həyatında baş vermiş bunca dəhşətlərin təsiri altında törətdiyi bu hadisəni necə dəyərləndirmək olar? Həqiqətənmi o, bu bu cəzaya layiqdir?

1. Ramil heç bir terror təşkilatının üzvü olmayıb, terrorçu deyil. NATO sistemində yüksək qiymətləndirilən bir zabitdir. Biz heç vaxt terrorçunu müdafiə etmirik. NATO kurslarında, təlimlərində nümunəvi zabit kimi tanınan R.Səfərovun bu addımı hansı şəraitdə, hansı amillərin təsiri altında atdığının, bu vaxt hansı vəziyyətdə olduğunun bir daha dərindən araşdırılacağına, nəzərə alınacağına və ömürlük həbs cəzasının ədalətli hökmlə əvəz olunacağına bütün qəlbimizlə inanırıq.

2. Ekspertiza rəylərinə əsasən onun tam anlaqsız vəziyyətdə olduğunu nəzərə alsaq bu hadisənin heç də öncədən düşünülmüş və planlaşdırılmış olmadığını aydın şəkildə görmək olar. Həm də Ramil Q.Markaryanı erməni olduğu üçün deyil, onu təhqir etdiyi üçün qətlə yetirib. Əgər Ramil erməni öldürmək istəsəydi ya Azərbaycanda yaşayan 30000 ermənidən birini, ya da Türkiyədə təhsil aldığı və işlədiyi müddətdə eyni şəhərdə yaşadığı ermənilərdən birini öldürərdi.

3. R.Səfərov son dərəcədə savadlı, istedadlı və dünya görüşlü bir gənc olaraq Azərbaycandan kənarda təhsil hüququ qazanmış və təhsilini üğürla başa vuraraq Türkiyə ordusunda 1 ilə yaxın təcrübə keçmişdir. Macarıstanda NATO tərəfindən təşkil olunmuş kurslara göndərilən 2 nəfərdən biri olması bu uğurların davamı idi.

Amma …

Yuxarıda qeyd edilən Patrik Devedeyanın «erməni xalqının ləyaqət hissini özünə qaytaran qəhrəman gənclər» kimi təqdim etdiyi və müdafiə etdiyi, onlarla türk diplomatını və yüzlərlə xarici və türk vətəndaşının həlak olduğu aksiyaları törədən insanların əksəriyyəti ya bəraət ya da çox az illik həbs cəzası alıblar. Yuxarıda qeyd edildiyi kimi onların hərəkətləri «terror» deyil, sadəcə «müqavimət» adlandırılır. (ASALA və digər terror təşkilatlarının üzvü olmalarına baxmayaraq). 1-2 il öncə Ermənistan parlamentində maraqlı müzakirələr aparılmışdı. «Terrorizmlə mübarizə» haqqında qanun layihəsinin müzakirəsi zamanı erməni spiker V.Ovanesyan bildirib ki: «terrorçu hərəkətlər yalnız qurbanları mülkü vətəndaşlar olan aksiyalardır». Bu qərarı nəzərə alaraq ermənilərin Ramili «terrorçu» adlandıraraq ömürlük həbsinə çalışmaları və hətta onun Ermənistana ekstradisiyası barədə danışmaları çox absurd görünür. Sizcə yuxarıda qeyd olunan bir çox terror təşkilatlarının üzvlərinə olan münasibətlə müqayisədə Ramil kimi birisinə verilən ömürlük həbs cəzası tükürpədici deyilmi? Amma biz gələcəyə baxırıq. Bütün Azərbaycan xalqı, Ramilin yaxınları və 3 ildən çoxdur ki, «nə qədər ağrısam da, incisəm də Ramili gözləyirəm» deyə oğul yolu gözləyən anamız haqq-ədalət arzusuyla yaşayırlar.


Cəmi 15127 ziyaretçi qeydə alındı !
Archives


www.1001oyun.tk


www.bestfutbol.tk




Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol